SON DƏQİQƏ

naxcivanxeberleri.com

Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub

Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub
11-07-2019, 15:45

Fransanın paytaxtı Paris şəhərində "Ailə, Məhəbbət və Vəfa" gününə həsr edilmiş konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Rus Ortodoks Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsertdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Fazıl Say, Çaykovskinin əsərlərini ifa edib. Onun ifasında dahi bəstəkarlarımızın əsərləri böyük alqışlarla qarşılanıb.

Konsertdə həmçinin tanınmış musiqiçilərdən Rusiyanın əməkdar artisti, rəqqasə Svetlana Panova, skipkaçı, beynəlxalq müsabiqələr qalibi Aleksandr Berlin, pianoçu, dirijor Aleksandr Dmitriev iştirak ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031