SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsveçrə Əməkdaşlıq Təşkilatı cəbhəyanı bölgələrdə yaşayan qadınlara maliyyə dəstəyi verəcək

İsveçrə Əməkdaşlıq Təşkilatı cəbhəyanı bölgələrdə yaşayan qadınlara maliyyə dəstəyi verəcək
11-07-2019, 15:30

İsveçrə Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın cəbhəyanı bölgələrdə yaşayan və həyat yoldaşını itirmiş qadınlara maliyyə dəstəyi verəcək.


NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə xüsusi layihə həyata keçiriləcək: "Layihənin icrasına bu ayın sonundan başlanılması gözlənilir. Məqsəd həmin qadınlara biznes etikasının öyrədilməsi, onların maarifləndirilməsi və psixoloji durumları yaxşılaşdırdıqdan sonra biznes layihələrini dəstəkləməkdir. Layihənin icrası nəticəsində 36 qadın yeni iş yeri təmin ediləcək".

Yeni layihənin büdcəsi 120 min manatdır. Bunun 40%-ni İƏT, 60%-ni isə assosiasiya ödəyəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031