SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada bankomatdan istifadə baxımından ən təhlükəli ölkələr açıqlanıb

Dünyada bankomatdan istifadə baxımından ən təhlükəli ölkələr açıqlanıb
9-07-2019, 23:30

ABŞ, Kanada, Böyük Britaniya, Hindistan və İndoneziyada bankomatan istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır.

NAXCİVANXEBERLERİ.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkələrdə bankomatdan pul çıxaran şəxslərin soyğunçuluq (skimminq) hallarına məruz qalması ehtimalı yüksəkdir.

Qeyd edək ki, skimminq bankomat vasitəsilə plastik kartın pin kodunu müəyyən etmək, eləcə də kartın surətini çıxarmaq üçün lazımi məlumatları oxumaqdan ibarət dələduzluq növüdür. Ekspertlərin fikrincə, kart istifadəçiləri özlərini qorumaq üçün kartı mümkün qədər gizli saxlamalı, pin kodu onun üzərinə yazmamalı, kodu yığarkən kənardan görünməsin deyə klaviaturanı əllə örtməli, hər bankomatdan istifadə etməməlidir.

Məlumatda o da deyilir ki, yay aylarında bank kartlarından oğurluq halları azalır, lakin kartını itirənlərin sayı artır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031