SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da leysan yağışlar fəsadlar törədib

ABŞ-da leysan yağışlar fəsadlar törədib
8-07-2019, 21:10

ABŞ-ın şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən paytaxt Vaşinqtonda metro və dəmir yolu nəqliyyatı ciddi çətinliklərlə üzləşib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, şəhərdən cənub istiqamətində işləyən bütün qatar reysləri leysan yağış və daşqınlar səbəbindən ləğv olunub. Metronun bəzi stansiyalarına yağış suyunun axmasını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Paytaxtın bir çox mərkəzi küçələri ilə yanaşı, Ağ Evin də bir hissəsi leysan yağışlardan zərər görüb. Belə ki, ABŞ prezidentinin mətbuat xidmətinin əməkdaşları bunu əks etdirən fotoşəkilləri “Twitter”də paylaşıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031