SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnterpol Serjik Sərkisyanın qardaşı oğlunu Praqada yaxaladı

İnterpol Serjik Sərkisyanın qardaşı oğlunu Praqada yaxaladı
7-12-2018, 20:44

Erməni polisi Ermənistanın sabiq prezidenti Serjik Sərkisyanın beynəlxalq axtarışa verilmiş qardaşı oğlu Narek Sərkisyanın Pragada yaxalanması haqda məlumat yayıb.


Naxcivanxeberleri.com xəbər verir ki, bu haqda işğalçı ölkə saytları yazıb. Məlumata görə, dekabrın 6-da Pragada ələ keçən N. Sərkisyan özünü Qvatemala vətəndaşı kimi təqdim edib və polislərə Franklin Qonsalezin adına saxta pasport göstərib. N. Sarkisyanın tapılması barədə məlumat ekstradisiya prosesinin təşkili üçün Ermənistan Baş Prokurorluğuna təqdim edilib.

N. Sarkisyan qanunsuz silah saxlamaq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.

Xatırladaq ki, Ermənistan prokurorluğu tərəfindən Levon Sərkisyanın qızı Ani və oğlu Narek Sərkisyan qanunsuz varlanmada, gəlir bəyannaməsindən yayınmaqda, sənədlərin saxtalaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilib. Bu ilin sentyabrında Ani polisə könüllü təslim olsa da, Levon özü və oğlu Narek Ermənistandan qaçıb və beynəlxalq axtarışa veriliblər.

Qeyd edək ki, eks-prezident Serjik Sərkisyanın qardaşı Levon Sərkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir kimi çalışıb və 2010-cu ildə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031