SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avstraliya ABŞ-dən 900 milyon dollara “Tomahawk” raketləri alacaq

Avstraliya ABŞ-dən 900 milyon dollara “Tomahawk” raketləri alacaq
18-03-2023, 22:40

ABŞ Dövlət Departamenti Avstraliyanın 220-dək uzaqmənzilli “Tomahawk” qanadlı raketləri tələbini təsdiqləyib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Beləliklə, Avstraliya Böyük Britaniyadan sonra bu tip Amerika raketlərini alan ikinci ölkə olacaq.

Texniki qulluq və maddi-texniki dəstək də daxil olmaqla, saziş Avstraliyaya 895 milyon dollara başa gələcək.

“Satış Avstraliyanın ABŞ-nin dəniz və digər müttəfiq qüvvələri ilə qarşılıqlı əlaqəsini, eləcə də qarşılıqlı maraq doğuran missiyalarda iştirak etmək imkanlarını təkmilləşdirəcək”, - məlumatda deyilib.

Sazişə əsasən, ABŞ-nin Avstraliyaya ən azı üç “Virciniya” sinifli sualtı qayıq satacağı bildirilir. Bundan əlavə, Avstraliya və Britaniya Hind-Sakit okean regionunda müttəfiqlərinin imkanlarını gücləndirmək üçün öz yeni nüvə sualtı qayıqları donanmasını yaradacaqlar. Avstraliyanın müdafiə naziri Pet Konroy silahların zəruri çəkindirmə vasitəsi olduğunu vurğulayıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031