SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlərdən qorxunc xəbərdarlıq

Alimlərdən qorxunc xəbərdarlıq
19-06-2019, 21:14

Kolorado universitetinin alimləri bildiriblər ki, Günəş adi partlayışlardan min dəfə güclü enerji buraxa bilər.
Bu, sivilizasiyanın texnologiya səviyyəsinə böyük ziyan vuracaq. Bu tip hadisələr super partlayış adlanır və adətən gənc və aktiv ulduzlarda müşahidə edilir. Buna görə də Günəş sisteminə bunun mümkün olmayacağı düşünülürdü.

Partlayış kifayət qədər böyük enerjinin ulduz atmosferinə atılmasıdır. Onlar ləkələr-fotosferin soyuq sahələri yaxınlığındakı maqnit sahələrindən yaranır. Yüksək maqnit aktivliyi gənc ulduzlarda, tez dövr edən ulduzlarda müşahidə edilir. Onların sahəsi bir neçə min Qauss (ölçü vahidi) olur və səthin böyük hissələrinə təsir edir. Bu isə böyük Günəşdə olandan onlarla, bəzən milyonlarla dəfə çox güclü partlayışlara səbəb olur. Bəşəriyyətin isə bəxti gətirib. Günəş asta dövr edir, maqnit sahələri zəifdir, bu isə onun elə də güclü partlayış gücünə sahib olmadığını göstərir.

Amma "Kepler" teleskopu vasitəsilə əldə edilən məlumatlara əsasən, alimlərə məlum olub ki, G sinfinə aid (Günəş də bu sinfə məxsusdur) spektral ulduzlarda super partlayışlar olur. Ekstremal partlayışlar istehsal edən ulduzlar o qədər ləkəyə sahib olurlar ki, dövrləri zamanı periodik olaraq parlaqlıq dəyişikliyi yaranır. Bunları isə astronomik qurğular vasitəsilə görmək mümkündür.

Köhnə elmi işlərin birində Günəş tipli 50 ulduz üzərində müşahidə aparılıb. Bu ulduzlarda super partlayışlar baş verib. Onlardan 34-ü tənha ulduz olub. Bütün ulduz atmosferi parametrləri isə, yəni, tempratur, səthin qravitasiyası, metallığı G-sinfi ulduzları tipdə olub.

Yeni tədqiqatda isə mütəxəssislər Günəşə bənzər 23 ulduzu müşahidə ediblər və super partlayışlar müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu ulduzlar Günəşdən sürətli dövr edirlər. Günəşin isə öz oxu ətrafında dövrü üçün 25 gün lazımdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031