SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişib

“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişib
17-06-2019, 20:13

“Fitch” beynəlxalq reytinq agentliyi dünyada 2020-ci ildəki iqtisadi artımla bağlı proqnozunu 2,8 faizdən 2,7 faizədək azaldıb.

NAXCİVANXEBERLERİ.COM agentliyin icmalına istinadən xəbər verir ki, bu meylin səbəbləri arasında Çin, ABŞ, Braziliya biznesinə yatırım perspektivlərinin daralması nəticəsində artımın yavaşlanması, Çində istehlak artımının zəifliyi, başqa inkişaf etməkdə olan ölkələrdə də daha mötədil artım gözləntiləri göstərilir.

Həmçinin 2020-ci ilə dair Çində iqtisadi artım proqnozunu da 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada da 2,7 faizdən 2,2 faizədək azaldan “Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik proqnozunu təsdiq edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031