SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistanda 83 uşaq ensefalit xəstəliyinin qurbanı olub

Hindistanda 83 uşaq ensefalit xəstəliyinin qurbanı olub
16-06-2019, 17:00

Hindistanda onlarla uşaq kəskin ensefalitdən ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Times of İndia" məlumat yayıb.

Məlumata görə, Bihar ştatında 83 uşaq xəstəliyin qurbanı olub. Qeyd edilir ki, xəstəlik Müzəffərpur dairəsində tüğyan edir.

Ölənlərin əksəriyyəti 1-10 yaşlı uşaqlardır. İlkin məlumata görə, xəstəliyin yayılmasına güclü isti və rütubət səbəb olub.

Hazırda daha 108 uşaq xəstəxanalarda müalicə edilir.

Qeyd edək ki, ensefalit baş-beyin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beynə keçməsi nəticəsində yaranan infeksion xəstəlikdir. Ensefalit xüsusi törədicilərin bilavasitə beyin toxumasına keçməsindən, bəzi yoluxucu xəstəliklərdən kəskin və qida zəhərlənmələrindən törəyir.

Daha əvvəl Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031