SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb
15-06-2019, 14:52

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərinin növbəti təlimi yekunlaşmışdır.


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində keçirilən üç günlük təlim zamanı təlimçilər tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilmişdir. Qarşılıqlı diskussiyya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılmışdır.
Bu gün isə təlim iştirakçılarına sertfikat verilməsi mərasimi keçirilmiş, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik etmiş, 16 təlim iştirakçısına sertfikatlar təqdim olunmuşdur. Təlim iştirakçıları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq etmişlər.

Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıbMuxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb
Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb
Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb
Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb
Muxtar respubilkada keçirilən  “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031