SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO
15-06-2019, 13:49

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən, “Aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kursun əsas məqsədi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.
Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə qaydaları, xüsusi geyimin təmizliyi, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsi və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031