SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR
15-06-2019, 11:54

Azərbaycanda elmi ekspedisiyalar zamanı nəqliyyat vasitələrini idarə edən sürücülərlə bağlı tələblərə dəyişiklik edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, sürücülük vəsiqəsi qanunvericilikdə nəzərdə tutulmuş alt kateqoriyalara uyğun olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etmələri qadağandır. İndiyədək bu qadağa yalnız kateqoriyalara uyğun olmayan şəxslərə aid idi.

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ına 5 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə “Kateqoriya” sözündən sonra “(Altkateqoriya)” sözü əlavə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031