SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
15-06-2019, 10:41

May-iyun aylarında kosmik sahədə ən qabaqcıl təşkilat və universitetlərin iştirakı ilə keçirilən “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” sona çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, builki müsabiqədə “NASA”, “Avropa Kosmik Agentliyi”, “Almaniya Aerokosmik Mərkəzi”, Fransanın yüksək avionika, kiber təhlükəsizlik sahəsində xidmət göstərən “Thales şirkəti” kimi təşkilatların yer aldığı 73 komanda iştirak edib. Azərbaycan ilk ən yüksək nəticə göstərən 20 komanda sırasında yer alıb.

Ölkəmiz “Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin “TM komandası” tərəfindən müsabiqədə təmsil olunub. Çempionatda ikinci dəfə təmsil olunmasına baxmayaraq, “TM komandası” çempionatın qarşıya qoyduğu tapşırığı uğurla həll edib. Bununla, “TM komandası” “Moskva Dövlət Universiteti”, “Hindistan Elmlər Akademiyası”, “Çin Elmlər Akademiyası”, “Koreya Yüksək Elm və Texnologiya İnstitutu”, “Sidney Universiteti”, “Kaliforniya Dövlət Politexnik Universiteti” və digər nüfuzlu universitet və təşkilatların təcrübəli komandalarını geridə qoyaraq 18-ci yerə layiq görülüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031