SON DƏQİQƏ

naxcivanxeberleri.com

Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
14-06-2019, 19:16

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə bağlı toplantı keçirilib.

Komitədən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

Çıxış edənlər Heydər Əliyevin misilsiz xidmətləri, zəngin siyasi təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti barədə danışıb, ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının müstəqil dövlət quruculuğu prosesində əvəzsiz rol oynadığını qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qarşıda duran problemlərin həllinə təkan verib. Görkəmli dövlət xadiminin fəaliyyəti nəticəsində xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031