14:00 - Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb-SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
“Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a məlumat verilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Birliyin Təhsil və təlimlər üzrə katibi, layihə rəhbəri Günel Ələsgərli tədbir iştirakçılarını salamlayaraq, onları layihədə iştiraka vəsiqə qazanması münasibətilə təbriklərini çatdırıb. Diqqətə çatdırılıb ki, 1 ay boyunca baş tutacaq layihə müddətində sosial sahibkarlıq, bullinq və onun aradan qaldırılması yolları, gənclərin aktual problemlərin həllində yanaşması və digər mövzular üzrə təlimlər və qrup işlərinin keçirilməsi planlaşdırılır.
Həmçinin qeyd olunub ki, “İrəli” İctimai Birliyi tərəfindən fərdi layihələrin dəstəklənməsi istiqamətində indiyədək bir sıra fəaliyyətlər icra olunub. Cari il ərzində Azərbaycan Gənclər Fondu tərəfindən elan edilmiş gənclərin fərdi təşəbbüslər qrant müsabiqəsi çərçivəsində 10-dan çox layihəyə tərəfdaş qismində dəstəyin göstərilməsi nəzərdə tutulduğu layihə iştirakçılarına bildirilib.
“Sosiallıq Dairəsi” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktual problemlərin həllində aktiv iştirakçılığını artırmaq, potensial bilik və bacarığını təkmilləşdirmək və əhalinin müxtəlif kateqoriyalarının ehtiyac və maraqlarının öyrənilməsində gənclərin rolunu daha da gücləndirməkdir. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.