13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”
12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib
12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”
12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"
12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb
12:15 - İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
12:05 - Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir
12:02 - İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
12:00 - Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
Milli Məclisdə Gənclər və idman komitəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunan “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dinləmədə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun nümayəndələri, Vətən müharibəsi qaziləri, gənclər sahəsində fəaliyyət göstərən QHT-lər və universitet tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında bildirib ki, bugünkü Azərbaycan gənclər siyasətinin banisi, eləcə də ölkədə fevralın 2-nin Gənclər Günü elan edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Onun sözlərinə görə, ümumilli liderin hakimiyyəti dövründə gənclər ölkənin hərəkətverici qüvvəsinə çevrildi, gənclərin təhsili ölkəmizdə prioritet sahə olaraq müəyyən edildi: “Müasir Azərbaycan gənclər siyasəti bu gün bütün sahələrdə Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi istər qazandığı elm və idman olimpiadalarının nəticələrinə, nümayiş etdirdiyi yüksək innovativ bacarıqlarla bərabər, vətənpərvərdir, milli-mənəvi dəyərlərinə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin gənclər siyasəti nəticəsində formalaşmış Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Vətən müharibəsində bizə tarixi Qələbə bəxş etdi”.
“Ulu öndər Heydər Əliyev xalqın ağır günündə hakimiyyətə gəlməklə Azərbaycanı yalnız parçalanmaqdan xilas etmədi, dövlətimizin dağılması təhlükəsinin qarşısını aldı. Belə çətin bir dövrdə heç zaman gəncləri də yaddan çıxartmadı, hər zaman onlarla görüşdü, təhsili və qayğıları ilə maraqlandı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı bir çox tarixi qərarı var. Bu qərarlar Azərbaycanın dövlət gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır” – komitə sədri əlavə edib.
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gənclərin fəal iştirak etdiyinə toxunan A.Əliyev vurğulayıb ki, qəhrəman əsgərlərimizin döyüş meydanında əldə etdikləri qələbələri gənclərimiz hazırda digər mübarizə meydanlarında ləyaqətlə davam etdirirlər: “Ekoloji aksiyada gənclərimiz fəal və yorulmadan iştirak edir, ölkəmizin haqq səsinin dünyaya yüksək səviyyədə çatdırılması istiqamətində addımlar atırlar. Gənclərimizin aksiyada göstərdikləri əzm Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Həqiqətən orada gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərir, dərsliklərə düşəcək bir fəaliyyətdə iştirak edirlər”.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsasları ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə qoyulub: “O, hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən biri məhz parlamentdə gənclərlə olmuşdu. Nazirliyin əsas hədəfi hər zaman ölkədə ölkəmizin milli adət-ənənəsinə, tarixinə, mədəniyyətinə, dövlətçiliyinə uyğunlaşan yeni nəslin formalaşmasına istiqamətlənib. Son illərdə gənclərimizin qazandıqları nailiyyət göz önündədir. Bu da Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir”.
Tədbirin davamında gənclər təşkilatların rəhbərlərinin və gənclərin təklifləri, onları maraqlandıran məsələlər müzakirə edilib.
Yekunda tədbir iştirakçıları olan gənclər MM-in plenar iclasının zalı ilə tanış olub və xatirə şəkli çəkdiriblər.