SON DƏQİQƏ

naxcivanxeberleri.com

Biotexniki tədbirlər keçirilir-FOTO

Biotexniki tədbirlər keçirilir-FOTO
2-02-2023, 11:38

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zəngəzur Milli Parkının  Kotam ərazisində çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsrarəngiz təbiəti ilə seçilən, 42797 hektar ərazisi olan Zəngəzur Milli Parkı zəngin fauna və floraya malikdir. Qış aylarında bu ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatı daha da artır, bu isə heyvanların alternativ qida mənbələri axtarmasına, bəzən də miqrasiyasına səbəb olur. Bunu nəzərə alan muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zəngəzur Milli Parkının əməkdaşları yabanı faunanın qida tələbatını qismən ödəmək üçün ərazilərdə biotexniki tədbir həyata keçirirlər. Bu məqsədlə Milli Parkın Kotam kəndi ərazisində çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 30 kip qaba yem dağıdılıb və 500 kiloqramdan çox daşduz qoyulub. Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan nazirlik biotexniki tədbirləri bundan sonra da davam etdirəcəkdir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031