15:00 - FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
14:52 - Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün aprelin 1-dən təlimlər başlayır
14:46 - Mahmudəli Çöhrəqanlı: "İranın terror təşkilatı son zamanlar Fazil Mustafanı təhdid edirdi"
14:40 - Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb
14:35 - 930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulmuş 2 130 IMEI koda “klon” statusu verilib
14:25 - "Qarabağ" "Qalatasaray"a cavab verib: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
14:20 - Nazirlik: “Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək”
14:15 - Almaniya Ukraynaya "Marder" PDM-ləri göndərib
14:10 - ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
14:05 - Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır
14:00 - Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb - SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
Naxçıvanda Gənclər Günü qeyd edilib - FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan şəhərindəki Gənclik mərkəzində keçirilən tədbirdə əlamətdar günə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edib, gənclər sahəsində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün fundamental əsas yaradıb. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Qeyd edilib ki, ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, gənclər təşkilatlarının formalaşması və inkişafı təmin edilir.
Vurğulanıb ki, muxtar respublika gəncləri də ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, bütün istiqamətlər üzrə gənclərin xidmətləri yüksək qiymətləndirilir.
Tədbirdə muxtar respublikanın ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclər, həmçinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirak edən Vətən müharibəsi qaziləri mükafatlandırılıb.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.