14:00 - Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb-SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
Torpaq mülkiyyətçilərinin iştirakı ilə müşavirə keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə rayonun Sələsüz kəndində təsərrüfat sahiblərinin iştirakı ilə “Aqrar sahənin inkişafı etdirilməsi, qarşıda duran vəzifələr və payızlıq taxıl əkinlərində gübrənin rolu” mövzusunda müşavirə keçiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, müşavirəni Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə açaraq bildirib ki, rayonumuzun təbiəti kənd təsərrüfatının bütün sahələrinin heyvandarlığın, arıçılığın və bitkiçiliyin inkişaf etdirilməsinə geniş imkanlar açır. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı iri təsərrüfatların yaranmasına və ailə təsərrüfatlarının inkişaf etdirilməsinə öz töhfəsini verib.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov aqrar sahənin inkişafından danışaraq qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ailə təsərrüfatlarının rolu mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyətinin dəstəklənməsi sahibkarlığın inkişafına yol açır. Ailə təsərrüfatları bazarı yerli məhsullara təmin etməklə zamanla kiçik və orta sahibkara çevrilirlər. Göstərilən dövlət maliyyə dəstəyi ailə təsərrüfatlarının fəaliyyətində böyük rol oynamaqla yeni təsərrüfatların yaranmasına əlverişli imkanlar açır. Bildirilib ki, 2023-cü ilin təsərrüfat ilində bitkiçilik sahəsində aqrotexniki tədbirlərin aparılması diqqətdə saxlanılmalıdır. Taxılçılıqda yüksək məhsuldarlığa təsir edən əsas aqrotexniki tədbirlərdən biri olan karbamid gübrəsinin verilməsidir. Gübrənin sahələrə verilməsi iki mərhələdə aparılmalıdır. Birinci yemləmə gübrəsi hava şəraiti nəzərə alınmaqla fevral ayının 20-dən sonra gübrənin 100-150 kq arasında verilməsi məsləhət görülür. 2-ci yemləmə gübrəsi isə mart ayının 15- dən sonra verilməlidir.
Nazirliyinin sektor müdiri Valeh Mehdiyev aqrar sahənin inkişafında müasir kənd təsərrüfatı texnika və avadanlıqlarının rolundan, onların gücündən səmərəli istifadə edilməsindən danışıb.
Sonda mütəxəssislər təsərrüfat sahiblərini maraqlandıran sualları cavablandırıb