SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Xankəndi-Laçın yolunda 34 avtomobilin hərəkətinə şərait yaradılıb

Bu gün Xankəndi-Laçın yolunda 34 avtomobilin hərəkətinə şərait yaradılıb
28-01-2023, 18:05

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

NAXCİVANXEBERLERİ.COM-un əldə etdiyi məlumata əsasən, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki minik və 7 yük maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 34-ə çatıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031