16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıb
Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayılıb.
Bu barədə NAXCİVANXEBERELRİ.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qanunsuz dövriyyədən 11 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə və psixotrop maddə metamfetamin çıxarılıb.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan qeyd edilən ölkənin vətəndaşı Omid Karimi və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan Asif Beliyev tutulublar. Bu şəxslərin üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın tiryək, marixuana və elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən dəstənin digər üzvləri Rufan Azəri, Mikayıl Rzayev, İlqar Yunusov, Nahid Abbasov, Xəqani Əzizli, Şəmistan Teymurov, Yunus Muxtarov və Məhəmməd Həsənov tutulublar. Bu şəxslərdən, onların avtomobillərində və yaşayış ünvanlarından isə ümumilikdə 9 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, psixotrop tərkibli dərmanlar və digər maddi sübutlar aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.