SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib

Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
27-01-2023, 23:38

Bu gün Rusiya sülhməramlılarına məxsus 12 təminat avtomobili və bir minik maşını Laçın yolundan keçib.

NAXCİVANXEBERLERİ.COM-un əldə etdiyi məlumata əsasən, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 47 gündür davam edir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031