SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qabaqcıl təhsil modeli əsasında peşə təhsili almaq imkanı yaradılacaq

Azərbaycanda qabaqcıl təhsil modeli əsasında peşə təhsili almaq imkanı yaradılacaq
13-06-2019, 14:27

2019-cu ilin sonunadək Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edərkən Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, istifadəyə veriləcək yeni təhsil müəssisəsi Koreyanin qabaqcıl modelindən istifadə edilib.

"Bu layihənin icrasına dair Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq fondu ilə kredit sazişi imzalanıb. 1000 nəfərdən artıq tələbə potensialı olan peşə mərkəzinin öz kampusu, yataqxanası, tədris korpusları olacaq. Burada Koreya təhsil proqramları və standartları ilə təhsilin keçirilməsini nəzərdə tutulur",- deyə o bildirib.

Ən müasir maddi-texniki baza ilə təchiz olunmuş mərkəzdə 8 ixtisas - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrotexnika, avtomatika və tikinti üzrə tədris aparılacaq. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq.

Yeni təhsil müəssisəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi adlandırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930