00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
“Heydər Əliyev İli” çərçivəsində illik təqvim hazırlanıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev-100” adlı illik təqvim hazırlanıb.
MEK-dən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, təqvimin hər səhifəsində Ümummilli Lider Heydər Əliyevin əlamətdar və tarixi günlərlə, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Novruz bayramı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Milli Ordu, mətbuat, Azərbaycan dili və təhsili ilə bağlı fikirləri yer alıb.
8 Noyabr- Zəfər Gününün yer aldığı noyabr ayı səhifəsində Ulu Öndərin illər öncə məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”- sitatı xüsusi diqqət cəlb edir.
Qeyd edək ki, illik təqvimin hazırlanmasında əməyi keçən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Ümummilli Liderin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə, Prezident İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial-humanitar sahədə gördüyü işlərə, həmçinin ölkənin dünyada təbliğinə həsr olunmuş ədəbiyyatların kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil etməklə, oxuculara bu sahədə xidmət göstərir.