SON DƏQİQƏ

naxcivanxeberleri.com

İcbari tibbi sığorta Şərur rayonunda da tətbiq edilir

İcbari tibbi sığorta Şərur rayonunda da tətbiq edilir
13-06-2019, 10:15

Müvafiq sərəncamdaicbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edir. Rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına, kənd sahə xəstəxanası və həkim ambulatoriyalarına yeni avadanlıqlar alınıb. Tibbi sığortanın tətbiqi ilə əlaqədar icbari tibbi sığortaya cəlb olunacaq əhali haqqında məlumatlar toplanılıb, Tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
Xəstəxananın işçiləri icbari tibbi sığortanın ilk tətbiq olunduğu Sədərək rayonunda bir neçə dəfə təcrübə keçiblər. Hazırlıq məqsədilə
Şərur rayonunda kurs və seminarlar da təşkil olunub. Hazırda icbari tibbi sığorta üzrə baza zərfində mövcud olan 1525 tibbi xidmətin 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri sə icbari tibbisığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. İyunun 1-dən xəstəxanada 31 nəfər stasionar müalicə alıb, 4 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 2 nəfər isə Diaqnostika Müalicə və Doğum mərkəzlərinə müayinəyə göndərilib.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930