13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”
12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib
12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”
12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"
12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb
12:15 - İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
Kükülüləri narahat edən məsələ həllini tapacaqmı?
Son zamanlar ictimai nəqliyyat xidməti ilə bağlı səsləndirilən tənqidi fikirlər Naxçıvanda bu sahəyə olan diqqətləri yenidən gündəmə gətirib. Belə ki, sahibkar təşəbbüskarlığı yüksək olan bəzi ucqar istiqamətlərdə, misal üçün Şahbuzun Külüs-Keçili kəndlərinə bir gündə 7 dəfədən artıq avtobus nəqliyyatı xidməti göstərilsə də, rayounun ən böyük digər yaşayış məntəqələrindən biri olan Kükü kəndinə gün ərzində iki dəfə getmək mümkün idi. Halbuki, rayonun bu kəndinə işləyən avtobuslardan sadəcə kükülülər deyil, digər üç kəndin-Ayrınc, Güney Qışlaq və Quzey Qışlaq kəndlərinin sakinləri də istifadə edirlər. Avtobus nəqliyyatının belə məntiqsiz və plansız təşkil olunması təkcə ucqar kənd sakinlərinin deyil, bu səfalı bölgəyə səfər edən turistlərin və digər qonaqların da haqlı narazılığına səbəb olurdu. Nəticədə, indi də vətəndaşlar günorta saatlarından sonra şəhərə və yaxud da rayon mərkəzinə üz tutmaq fikrinə düşdükdə, ictimai nəqliyyatdan deyil, mütləq şəkildə taksidən istifadə etmək məcburiyyətində qalırlar. Qeyd edək ki, turizm guşəsi olan Kükü kəndinin sərnişin nəqliyyat problemi keçmişdə qəzetimizdə işıqlandırılsa da, məlum səbəb üzündən bürokratiya əngəlinə tuş gəlmişdi.
Sözügedən məsələ ilə bağlı yanvarın 23-də bir qrup Kükü kənd sakininin “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə müraciət edərək yenidən problemi qabartması ilə əlaqədar biz də onlarla görüşüb fikirləri ilə tanış olduq. Sakinlərdən Abazər Cavadov, Etibar Baxşəliyev və Feyruz Xəlilov bizimlə söhbət zamanı qeyd etdilər ki, sovet dövründə Kükü Şahbuzun ən çox gediş-gəlişi olan kəndi idi. Ancaq uzun illərdir gün ərzində cəmi 2 dəfə olmaqla kəndə sərnişin avtobusu marşrut xidməti göstərir. İndi hətta bazar günü də səhər tezdən Küküdən şəhərə gəlmək müşküldür. Günorta saat 2-dən sonra isə ümumiyyətlə, camaatın kəndə qayıtmıq imkanı kəsilir. Bu problemi hər gün yaşayan insanlar isə onlarladır. Hər gün çox sayda tələbə, şəhərdə işləyən fəhlələr günün sonunda öz evinə qayıtsa nə olar?-deyir sakinlər. Müracət edənlər onu da qeyd etdilər ki, kükülülər üçün bahalı kirayələrdə qalıb kirəcli su içməkdənsə, dövlətimizin çəkdiyi rahat yoldan istifadə edib, öz kəndimizin sakini olan avtobus sahibkarının əlavə xidmətindən faydalanmaq daha sərfəlidir. Əvvəllər rayon mərkəzindəki Avtovağzala və “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə bu barədə müraciət etsək də, “baxılacaq”- deyib bizi əliboş yola salıblar. İnanırıq ki, budəfəki müraciətimizə daha diqqətlə yanaşılacaq… Bu da ucqar yerlərdən əhalinin şəhərə köçünün qarşısını almağa, əhali məskunlaşmasına da bir müsbət köməkdir, – deyə biz də fikirləşdik...
Elə bu fikirlə də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Müfəttişlik və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzova da münasibət bildirməyi xahiş etdik. O dedi ki, Naxçıvan-Kükü və əks istiqamətə gündəlik 2 mikroavtobus sərnişinlərə nəqliyyat xidməti göstərir. Bu gün müraciət edən sakinlər axşam saatlarında 3-cü marşrut xəttinin açılmasını istəyirlər. Onların təklifləri nəzərə alınaraq yaxın günlərdə həmin istiqamətə sınaq üçün avtobus salınacaq. Əgər gediş-gəliş üçün sərnişin sayı qənaətbəxş olarsa həmin marşrut daimi fəaliyyət göstərəcək.
Nəqliyyat xidməti rəsmisinin sözləri sakinləri bir az qane etsə də, qəribə məntiq idi. Kükü istiqamətinə hər gün işləyib camaatı razı salan avtobusun xidmətini, yaxud orada yaşayıb şəhərə daha rahat gedib-gəlmək istəyənlərin sayını nəyə görə sınaqdan keçirəcəklər- bax bu bizim üçün aydın olmadı.
Bizim vəzifəmiz isə islahatlara dəstək olmaq, insanların illərlə yığılıb qalmış problemlərinin həllində dövlətimizə xidmət etməkdir.
Nail ƏSGƏROV