SON DƏQİQƏ

naxcivanxeberleri.com

İyunun 21 Azərbaycana yay fəsli daxil olacaq

İyunun 21 Azərbaycana yay fəsli daxil olacaq
13-06-2019, 09:30

Gələn həftə Azərbaycana yay fəsli daxil olacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yay fəsli iyunun 21-də saat 19.54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.

14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay Günəş tutuluşu deyilir. Yəni yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Bu zaman ən qısa gecə, ən uzun gündüz yaşanır.

Bununla da yaz yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930