SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əməyin mühafizəsinə dair növbəti maarifləndirici seminar keçirilib

Muxtar respublikada əməyin mühafizəsinə dair növbəti maarifləndirici seminar keçirilib
12-06-2019, 19:00

Muxtar respublikamızda insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan problemlərin qarşısının vaxtında alınması, eləcə də əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir.
Naxçıvan MR ƏƏSMN-nin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Tikinti-quruculuq işlərinin həcminin artması, yeni istehsal və xidmət sahələrinin yaradılması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına və əməyin mühafizəsinə diqqəti artırıb. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, iyun ayının 12-də “Gəmiqaya Holding” Şirkətlər İttifaqının nəzdində fəaliyyət göstərən müəssisənin işçi kollektivinin iştirakı ilə keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən işçi kollektivinə iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında izahedici söhbətlər aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin sonunda sosial könüllülər tərəfindən seminar iştirakçılarına maarifləndirici bukletlər də təqdim olunub.


Muxtar respublikada əməyin mühafizəsinə dair növbəti maarifləndirici seminar keçirilib
Muxtar respublikada əməyin mühafizəsinə dair növbəti maarifləndirici seminar keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930