SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi keçirilib

Naxçıvanda  “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi keçirilib
12-06-2019, 18:30

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərinin ilk təlimi yekunlaşmışdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə təlimin ilk günündə tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusəndə özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.
Ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, insanların o cümlədən qadınların işə olan münasibətini dəyişmiş, onların sahibkarlıqla xüsusən də ailə kəndli fermer təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirmişdir. Həmçinin sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaradıb. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait yaradılır. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir.
Ramilə Seyidova əlavə olaraq bildirmişdir ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların xüsusəndə sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.
Ramilə Seyidova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulamışdır.
Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat vermişdir. Bildirmişdir ki, bu təlim modulu qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəediləməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.
Sevinc Rüstəmova bildirmişdir ki, keçiriləcək təlimlər sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək rayonlarından və Naxçıvan şəhərindən olan 60 nəfərdən artıq qadının biznes bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadına öz biznesinə başlamaq üçün sərmayyə kapitalı veriləcək. Həmçinin, təlimlər Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.
Naxçıvan şəhərində keçirilən üç günlük təlim zamanı təlimçilər- Vüsalə Qarayeva və Cavid Fətullayev tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəediləməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilmişdir. Qarşılıqlı diskussiyya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılmışdir.
Təlimin son günündə isə təlim iştirakçılarına sertfikat verilməsi mərasimi keçirilmiş, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təlimçilər Vüsalə Qarayeva təlimdə iştirak edən qadınları təbrik etmiş, 31 təlim iştirakçısına sertfikat və hədiyyələr təqdim olunmuşdur. Təlim iştirakçıları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq etmişlər.


Naxçıvanda  “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi keçirilib
Naxçıvanda  “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930