SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “Gələcəyin alimləri” layihəsinin təqdimatı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Gələcəyin alimləri”  layihəsinin təqdimatı keçirilib
12-06-2019, 18:00

Bugün Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birgə “Gələcəyin alimləri” layihəsinin təqdimatı keçirilib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdə institutun rektoru dosent Elbrus İsayev giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada da elmi potensialı gücləndirmiş, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşmışdır. Bütün bunlar nəzərə alınaraq və Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələri daha da gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 14 mart 2015-ci il tarixli Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədi ilə Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən 29 sentyabr 2018-ci il tarixli “Naxçıvan Müəllimlər İnstitutunun elmi dərəcəsi olan əməkdaşlarının muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərdə iştirakının” qrafiki hazırlanmış və icra olunmuşdur.
Qeyd edilmişdir ki, bu nümunəvi dərslər Naxçıvan şəhərinin və muxtar respublikanın Şərur, Şahbuz, Ordubad, Culfa, Kəngərli, Babək rayonlarının 23 ümumtəhsil məktəblərini əhatə etmişdir. Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti tərəfindən müxtəlif elm sahələri üzrə ümumilikdə 189 dərs keçirilmiş və bu dərslərin bir qismi Naxçıvan Televiziyası tərəfindən işıqlandırılmışdır.
Diqqətə çatdırılmışdır ki, gələcək illərdə də institutun professor-müəllim heyəti muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin elmi biliklərinin zənginləşdirilməsində və gələcəyin layiqli kadrları kimi formalaşmalarına öz töhfəsini verəcəklər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, bugün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır və şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraiti yaradılmışdır. “Gələcəyin alimləri” layihəsi də istedadlı şagirdlərin üzə çıxarılmasında, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Naxçıvan Müəllimlər İnstitutunun dosenti Həsənəli Eyvazov və Naxçıvan şəhər 11 saylı tam orta məktəbin direktoru Elmira Həsənovanın çıxışları dinlənilmiş və sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən hazırlanmış nümunəvi dərslərə aid filmə baxış olmuşdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930