SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş nazir: “Azərbaycanda vahid torpaq fondunun 55,2 %-i kənd təsərrüfatına yararlıdır”

Baş nazir: “Azərbaycanda vahid torpaq fondunun 55,2 %-i kənd təsərrüfatına yararlıdır”
9-12-2022, 14:45

Azərbaycanın vahid torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 milyon hektardır (55,2 %).

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib: “Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur.

Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaq”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728