12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
Milli Məclis əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumları qəbul edib
Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:
1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;
2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;
3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.