00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib - FOTO
3 dekabr 2022-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarət olub.
Konfrans təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyeva olub.
Tədbirdə “Fundus avtoflüoresansın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının progressivləşməsinin OKT əlamətləri”, “Brolicizumab preparatının göstərişləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının müasir müalicəsi”, “Cərrahi vizualizasiya sistemləri” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Həmçinin mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar, cəmiyyətin onlara qazandırdığı biliklər barədə danışılıb.
Sonda sual və təkliflər səsləndirilib.