00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Gənc rəssamın fərdi sərgisi açılıb
Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Rəssamlar Birliyinin Gənclər bölməsinin üzvü gənc rəssam Fərqanə Seyidovanın “Gilə hopmuş həyat” adlı hesabat sərgisi açılıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə böyük ehtiramın ifadəsi olaraq bu gün həmin sahədə mükəmməl hüquqi baza yaradılıb, əsas vəzifələr və istiqamətlər müəyyən edilib. Azərbaycanda təhsilin, mədəniyyətin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, gənc nəslin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradılıb.
Diqqətə çatdırılıb ki, dövlət gənclər siyasəti qədim diyarımızda da uğurla həyata keçirilir, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində gənclərin sosial, ictimai-siyasi və mədəni həyatda yaxından iştirakı təmin olunur. Bugünkü sərgi də məhz bu qayğının təzahürüdür.
Gənc rəssam dövlətimizin hər sahədə gənclərə yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, ekspozisiyada rəssamın bir sıra mövzularda işlənmiş 10 yağlı boyası, 5 tikmə və 26 heykəltəraşlıq işləri sərgilənib.