11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
09:29 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2023)
Muxtar respublikada qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilir-FOTO
Sahibkar “yenilik” və “yaradıcılıq” anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların da aktivliyi artan dinamika ilə inkişaf edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi bu sahədə atılan addımlardan, sadəcə, bir neçəsidir. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına, bütövlükdə, təsir edir.
Muxtar respublikada iqtisadi siyasətin prioritet istiqamətlərindən biri qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir.
Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Diyarımızda təsisçisi və sahibkarı qadınlar olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. 2022-ci ilin ötən dövrü ərzində bu məqsədlə fond tərəfindən 15 qadın sahibkara 255 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
Qadınların sahibkarlıq fəaliyyətinə marağının artmasının nəticəsidir ki, 2000-ci ildən bu günə qədər yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 115 qadın sahibkar Sahibkarlığa İnkişaf Fondundan 3 milyon 59 min 550 manat kredit götürüb.
Bundan başqa, fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə qadınların məşğulluğunun təmin edilməsi məqsədilə daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və nümunəvi layihələri sahibkarlara təqdim edir.
Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Əsas hədəflərdən biri ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. Artıq bu sahədə də uğurla fəaliyyət göstərən qadın təsərrüfatçılarımız az deyil. Onların bu sahədə daha böyük müvəffəqiyyətlərə nail olmasını təmin etmək üçün dövlətin dəstəyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi vurğulamaq gərəkdir ki, artıq qadınlarımız da ailə təsərrüfatları yaradırlar. Onlardan biri dəfələrlə festivallarda yer tutmuş, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülən Sədərək rayon sakini Mehparə Hüseynovadır.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə bu gün qadınlar ailə təsərrüfatı fəaliyyətlərini gözlənilən səviyyədə, uğurla qurur və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışırlar. Cari ilin ötən dövrü ərzində fond tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq, süd məhsullarının istehsalı, lavaş istehsalı və digər sahələrin yaradılması məqsədilə 88 ailə təsərrüfatına 1 milyon 320 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib.
Ailə təsərrüfatlarının yaradılmasında və inkişafında xüsusi rol oynayan qadınlar bu fəaliyyətlə məşğul olmaqla həm ailə büdcələrinə dəstək verir, həm də ailə üzvləri ilə birlikdə faydalı işlə məşğul olmaqla gəncləri zəhmətə alışdırıb onlarda əməksevərliyi formalaşdırırlar.
Muxtar respublikada əl işləri ilə məşğul olan qadın sahibkarlar da üstünlük təşkil edir. Qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda müxtəlif əl işləri hazırlayan qadın sahibkarların məhsulları nümayiş olunur. Mərkəz tərəfindən 2022-ci ilin ötən dövrü ərzində 18 qadın sənətkarın 5123 manat dəyərində 642 ədəd əl işi və sənət əsəri qəbul edilib.
Qadın sahibkarlarımız da, öz növbəsində, muxtar respublikanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verməyə səy göstərirlər.