00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Allahşükür Paşazadə Moskvaya səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a QMİ-dən məlumat verilib.
Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək "Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri" mövzusunda 18-ci Beynəlxalq müsəlman forumunda iştirak edəcək.
Tədbir Peyğəmbər Məhəmməd Salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub.
"Beynəlxalq Müsəlman Forumu» təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin təşkilatçılığı ilə baş tutan mötəbər Forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.
QMİ sədri Şeyxülislam A. Paşazadə beynəlxalq forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcəkdir.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.