11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
09:29 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2023)
09:21 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.02.2023)
Yuxu nədir?
Çox güman ki, hər birimiz yuxu görürük və bu yuxuların niyə nə səbəbə baş verdiyi hesab edirəm ki, hər kəs üçün maraqlıdır. Bəs gördüyümüz bu yuxular nədir? Yuxu insan həyatında baş verən təbii fizioloji bir prosesdir. Bildiyimiz kimi bütün canlı varlıqlar öz güclərini bərpa etmək üçün yatmağa ehtiyac duyurlar. Ona görə də yuxu insan həyatında qaçınılmaz hala cevrilir. Yuxu haqqında fikirlər müxtəlifdir. Bir çox alimlər bu haqda bir çox fikirlər irəli sürüblər. Gəlin bunlara nəzər salaq. Onlardan bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Və buna görə də onu fiziki amil adlandırırlar. Bəziləri isə yuxunu əsəb amili ilə əlaqələndirirlər. Bütün bu fikirlər yuxunu qanedici dərəcədə izah etməsədə, ancaq bütün bu fikilərin də yuxuya təsiri olduğunu inkar etmək də mümkün deyil. Deyilənə görə insan ömrününün 3-də birini yataraq keçirir. Amma bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşünas yuxularda bəzən keçmişimizdən bəzi anları, bəzən də gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük. Ən çox düşündürən və maraqlı yeri isə yuxunun nə qədər davam etməsidir. Bu barədə bir çox fərziyyələr irəli sürülmüşdür. Bəziləri yuxunun bir neçə saniyə sürdüyünü, bəziləri isə saatlarla davam etdiyini bildirmişdir. Bütün bu fikirlərə son nöqtəni isə alimlərdən biri qoymuşdur. O təcrübə üçün könüllü seçmiş insanları hipnoz edərək yatırmış müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Və belə bir nəticəyə gəlmişdirki bəs bizim gördüyümüz yuxular 20 saniyəni keçmir. Ən uzunmüddətli yuxu 90 saniyə davam edir.
Belə bir məlumatıda qeyd edək ki, yuxular ağ- qara və rəngli ola bilir. Amma insanların əksəriyyəti yuxuları ağ- qara gördüklərini söyləyirlər. Qarabasma deyilən yuxularda vardır ki, belə yuxular adətən yaxşı başlayır. İlk əvvəl xoş bir hadisə ilə başlayan yuxuda birdən - birə qorxulu məqamlar başlayır. Qarabasmalar yuxuda gördüyümüz qorxulu yuxularla eyni deyil. Qarabasma görən insan qorxur. Hər bir insan ömründə bir neçə dəfə belə kabuslar görür. Maraqlı məqamlardan biridə budur ki, yuxuların gərçək olmasıda mümkündür. Yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görür. Hadisəni olduğu kimi danışa bilir. Belə yuxulara gərçək yuxular deyilir. Gərçək yuxuları isə nadir insanlar görür. İnsanların ən çox şikayəti isə yuxusuzluq problemidir. Düzgün yuxu hər kəs üçün gərəklidir. Çünki, yuxusuzluq beyni qocalda bilir. Deyilənlərə görə insan 1 ay ac qala bilər , ancaq 1 həftə yuxusuz qala bilməz. İnsan yuxusuz qaldığı zaman beyni dincələ bilmir və buda böyük problemlərə gətirib çıxarır. Məsələn, ağıl itirir, dəli ola bilir. Bu səbəblərdən yuxu canlılar üçün əhəmiyyətlidir.
Səkinə BAĞIROVA
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi