12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
Məhdud fiziki imkanlı şəxslərə sovqatlar verilib - FOTO
3 dekabr Beynəlxalq Məhdud Fiziki İmkanlı Şəxslər Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu məqsədlə keçirilən tədbirlərdə çıxış edənlər ölkəmizdə məhdud fiziki imkanlılara göstərilən tibbi və sosial reabilitasiya xidmətlərindən, bu istiqamətdə son illərdə tətbiq olunan yeniliklər, əldə edilən nəticələrdən danışıblar. Həmçinin vurğulanıb ki, bu kateqoriyadan olan şəxslərə müvafiq təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində keçirilən tədbirlərdə iştirak edən məhdud fiziki imkanlı şəxslərə sovqatlar verilib. Keçirilən görüşlərdə iştirak edə bilməyən hərəkət qabiliyyəti məhdud şəxslərə isə sovqatlar evlərində təqdim olunub. Müvafiq kateqoriyadan olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.