12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
Yol hərəkəti zamanı uşaqların təhlükəszliyi
Dünyada avtomobillərin sayının artması paralel olaraq bəzi problemlər də ortaya çıxarır. Belə ki, nəqliyyat vasitələrinin sayının artması hərəkəti çətinləşdirir, yol qəzalarının, ölən və xəsarət alanların çoxalmasına səbəb olur. Bu cür bədbəxtliklərdən nəsibini alanlardan bir qismi də uşaqlardır.
Heç bir statistikaya baş vurmadan deyə bilərik ki, bəzi valideynlər nəqliyyatda (istər şəxsi, istərsə də ictimai) uşaqların təhlükəsizliyi barədə məlumatlı deyillər və ya bu məsələyə barmaqarası baxırlar. Bu gün qucağında körpə uşaqla sükan arxasında oturan sürücüyə, avtomobili özü idarə edən, qabaq oturacaqda ayaq üstə duran, qolunu və ya başını pəncərədən çıxaran, qabaq oturacaqdakı sərnişinin qucağında əyləşən uşaqlara təəssüf ki, hələ də rast gəlmək olur. Yol polisini gördükdə təhlükəsizlik kəmərini sinəsi üstünə atan valideyn də övladı üçün çox pis nümunədir. Bu cür uşaqlar gələcəkdə intizamsız yol hərəkəti iştirakçılarına çevrilirlər. Bəzi avtomobil sahibləri isə “ağıllı” davranaraq təhlükəsizlik kəmərlərini söküb atırlar. Bu cür hərəkətlərin sonu isə yalnız göz yaşı və itirilmiş sağlamlıq olur.
Düzgün oturmayan (bağlanmayan) uşağın 20 kilometr-saat sürətlə baş verən qəzada həlak olması ehtimalı böyükdür. Düzgün oturmayan uşaq qəza vaxtı avtomobildə qabaq şüşəyə, oturacağa çırpılacaq, ya da avtomobildən çölə sıçrayacaq. Halbuki kəmərlə bağlamaq qəza zamanı xəsarət alma riskini azaldır. Avtomobillərdəki təhlükəsizlik kəmərləri, hava yastıqları və digər qoruyucu vasitələr böyüklərə hesablanıb. Kiçik yaşlı uşaqların bu kəmərlərdən istifadəsi qəza zamanı boğulmaya gətirib çıxara bilər. Kiçik yaşlı uşağın bu kəmərdən sürüşüb çıxması da çətin deyil. Xüsusi oturacaqlar isə uşaqların anatomik və ortopedik göstəricilərinə uyğun düzəldilib. Uşaqlar burada rahat və təhlükəsiz şəkildə otura və ya yata bilərlər. Bu oturacaqlar hərəkət zamanı uşağı yedizdirməyi də asanlaşdırır.
Ən təhlükəli hallardan biri də uşağın qabaq oturacaqdakı sərnişinin qucağında əyləşməsidir. Qəza zamanı, xüsusilə də hava yastığı açıldıqda, uşaq üçün nəticə
çox ağır ola bilər.
Uşaq böyüdükcə yaşayış yerindən asılı olmayaraq onun üçün həyati təhlükə də artır. Belə ki, dərsə tək gedən şagird artıq müstəqil yol hərəkəti iştirakçısına çevrilir. Məktəbyaşlı uşaqlarla bağlı ən böyük problem də elə onların müstəqil şəkildə dərsə gedib-qayıtması ilə bağlıdır.
Uşaqlara üç yaşından başlayaraq yol hərəkəti qaydaları praktik olaraq izah edilməlidir. Valideynlər uşaqlara yolu keçərkən müəyyən həddə müstəqillik verməlidirlər. Bununla belə onlar küçədə başlı-başına buraxılmamalıdırlar.
Valideyn hər bir hərəkəti ilə uşağa nümunə olmalıdır. Təhlükəsiz hərəkət qaydalarını uşağa izah edən valideyn özü qaydanı pozursa, bu izahın faydası yoxdur.
Ceyhun ZAHİRLİ
Kəngərli Rayon Polis Şöbəsi Dövlət
Yol Polisi Qrupunun baş dövlət
avtomobil müfəttişi, polis mayoru