11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
09:29 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2023)
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Şuşaya həsr olunmuş elmi-praktiki konfrans və “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib-FOTO
2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi tərəfindən Bolqarıstanda cari il ərzində bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, bu qəbildən olan tədbirlər sırasında Şuşa şəhərindən olan professor Elçin Əhmədovun “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” adlı kitabı bolqar dilinə tərcümə olunmuş və sözügedən kitabın 2 dekabr 2022-ci il tarixində Bolqarıstanın Dövlət Teleqraf Agentliyində təqdimatı keçirilmişdir.
Təqdimat Şuşaya həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində baş tutmuşdur. Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi, Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbi və Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunmuş konfransda Bolqarıstan Respublikasının rəsmiləri, elmi-təhsil müəssisələri və akademik dairələrin üzvləri, diplomatik missiyaların nümayəndələri, mütəxəssislər, media təmsilçiləri və Azərbaycan diasporu üzvləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov 2022-ci ilin Azərbaycan da “Şuşa ili” elan olunduğunu bildirərək, konfrans iştirakçılarına Şuşanın tarixi, Azərbaycan üçün əhəmiyyəti, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddət ərzində tam viran edilməsi, 8 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan ordusu tərəfindən azad olunması və son iki il ərzində şəhərdə aparılan bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat vermişdir. Səfir bu kimi tədbirlərin Bolqarıstan cəmiyyətində tarixi həqiqətlərin üzə çıxarılması, həmçinin Azərbaycanın mədəniyyət irsinin təşviq edilməsi baxımdan olduqca önəmli və gərəkli olduğunu bildirmişdir.
Konfransda çıxış etmiş Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbinin Qəyyumlar şurasının sədri professor O.Manolova, Qara Dəniz və Xəzər bölgəsi problemləri Mərkəzinin rəhbəri professor T.Deçev, Sofiya Universitetinin professoru, doktor P.Dimitrov və Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şiqayeva Şuşanın Azərbaycanın tarixində, həmçinin siyasi və mədəniyyət həyatında tutduğu xüsusi yeri vurğulamış, bu şəhərin Azərbaycan xalqının mədəniyyət beşiyini təşkil etdiyini və Qafqazın mirvarisi adlandırıldığını qeyd etmiş, erməni işğalından azad olunduğundan sonra şəhərdə aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat vermişlər.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə bolqar dilinə tərcümə olunmuş “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabın müəllifi professor Elçin Əhmədov konfransa video formatda qoşularaq, qeyd olunan kitabda Şuşa şəhərinin yaranma tarixindən bu günədək yer almış əsas hadisələrin faktlarla əks olunduğunu, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın qədim tarixi və strateji əhəmiyyətinin geniş tədqiq edildiyini diqqətə çatdırmışdır. Kitabda Şuşa qalası və şəhərin qədim məhəllələrinin salınması Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi göstərildiyi, həmçinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri və memarlıq abidələri haqqında məlumatlar, o cümlədən nadir fotoların kitabda yer aldığını bildirilmişdir. Müəllif kitabın bolqar dilinə tərcüməsi və nəşr olunmasında zəhməti olanların hər birinə dərin təşəkkürünü çatdırmışdır.
Konfransda tədbir iştirakçılarının sualları cavablandıırılmış və geniş fikir mübadiləsi aparılmışdır.
Konfrans Qədim Şuşanın məhəllə və küçələrini əks etdirən Şuşalı rəssam Rövşən Bayramovun rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə tamamlanmışdır.
Tədbir Bolqarıstanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.