12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
Külli miqdarda zərgərlik məmulatları aşkarlanıb-FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladırıq ki, bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il 88 saylı qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb. Lakin bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhdlər göstərir.
Bildiririk ki, həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu cür hərəkətlərin qarşısı isə gömrük orqanları tərəfindən qətiyyətlə alınacaqdır.