00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib
Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 5 fəsil, 15 maddədən ibarət olan qanun layhəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.
Layihədə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.