SON DƏQİQƏ

naxcivanxeberleri.com

AccessBank Naxçıvanda!-FOTO

AccessBank Naxçıvanda!-FOTO
4-12-2022, 12:00

AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, yaranmasının 20-ci ildönümündə sayca 30-cu filialını Naxçıvan şəhərində açıb. Yeni filial şəhərin mərkəzində - Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir.

Yeni açılmış Naxçıvan filialında müştərilərə əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif olunur.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, açılışda iştirak edən AccessBank və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi ölkənin mikromaliyyələşdirmə lideri olan Bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes üçün, xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.

AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib ki, Bank bizneslərə dəstək missiyasına sadiqdir: ”Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Xüsusilə Naxçıvan kimi böyük potensiala malik regionun biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır.”

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev: ”AccessBank-ın Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə bankın rəhbərliyini və kollektivini təbrik edirəm. Filialın fəaliyyətə başlamasının Muxtar Respublikada real sektorun inkişafı, həmçinin əhalinin bank məhsul və xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və banklararası rəqabət mühitinin daha da artırılması baxımından böyük əhəmiyyəti olduğunu düşünürəm.”

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728