12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
40 yaşdan sonra qida rasionu və həyat tərzi yenidən nəzərdən keçirilməlidir
40 yaşdan sonra qida və spirtli içkilərin qəbulu ilə bağlı vərdişləri yenidən nəzərdən keçirmək lazımdır.
Mütəxəssislərin fikrincə, bunun səbəblərindən biri metabolik proseslərin yaşla bağlı yavaşlamasıdır. 40 yaşdan sonra zərərli maddələr orqanizmdən daha çətin xaric olur, toxumalar yenidən qurulur. NAXCİVANXEBERLERİ.COM tibbi saytlara istinadla məlumat verir ki, bundan başqa, insulin daha az istehsal olunur, fermentativ fəallıq azalır.
Sadalanmış dəyişikliklər həzm proseslərinə təsir edir – xüsusilə, 40 yaşdan sonra bəzi qida məhsulları, yağlı qida orqanizm tərəfindən daha pis həzm oluna bilər. Nəticədə, adi görünən qida məhsulları mədə-bağırsaq traktında problemlərin olmasını sübut edən xoşagəlməz simptomların əmələ gəlməsinə səbəb olur.
Yaşlandıqca və qocaldıqca insan bədəninin alkoqolu həzmetmə tərzi dəyişir. Onun parçalanması zamanı əmələ gələn toksinlərin xaric edilməsi yavaşlayır - bu onların orqan toxumalarına mənfi təsirini daha əhəmiyyətli edir.
40 yaşdan sonra insan qida rasionunu və həyat tərzini yenidən nəzərdən keçirməlidir. Bu prinsipin ciddiyə alınmaması artıq çəki və bədən həcminin artmasına gətirib çıxara bilər, bu da öz növbəsində bir çox xəstəliklərin inkişafı ilə əlaqələndirilir.