SON DƏQİQƏ

naxcivanxeberleri.com

Torpaq, uğrunda ölən varsa Vətəndir!

Torpaq, uğrunda ölən varsa Vətəndir!
26-11-2022, 22:35

Hər bir xalqın özünəməxsus tarixi keçmişi var və bu tarixi həqiqətlər inkaredilməzdir. Azərbaycan xalqının da qəhrəmanlıqlarla dolu keçmişi vardır. Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərməğanıdır. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında igid oğulların qanından yoğrulmuşdur.Azadlıq nə verilir, nə də satılır. Onu hər bir xalq, millət igidlərin qanı bahasına qazanır. Bu xalq vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu və neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmişdir. İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadır, müqəddəsliyə bağlıyan isə Vətən torpağıdır. Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır, ülvidir. Bu Vətən tarixlərdə izi qalan, sözü qalan “Qoca Şərqin qapısı”dır. Mən mübaliğəyə varmadan deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən sevgisi.Azərbaycanda doğulmaq, yaşamaq, yaratmaq, onun ərazi bütövlüyünü qorumaq, onun uğrunda canından keçmək hər bir vicdanlı Vətən övladının vətəndaşlıq borcudur. “Torpaq uğrunda ölən varsa vətəndir!” Vətən, torpaq sevgisi əzəli və əbədi bir qəlb odudur və heç vaxt sönmür. Azad olmayan Vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın əsas obyekti olan Vətən, torpaq uğrunda qan tökməli, canından keçməlisən. Bunun üçün dilimizdə bir şüar var: “Torpaquğrunda ölən varsa vətəndir”! Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır.
“Dədə Qorqud” filmində belə bir epizod var. Əli qopuzlu xalq ozanı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir:
“Torpağı həm əkib becərmək, həm də onu qorumaq lazımdır. Əgər torpağı əkib becərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan onda da əkib becərməyinə dəyməz”.
Doğrudan da, çox dəyərli sözlərdir.

Vətən müqəddəsdir, Vətən anadır.
Könlüm bu ananın sorağındadır.
Əsl vətəndaşlar, əsl igidlər
Doğma Azərbaycan torpağındadır.

Dönüb arxaya baxanda, ötənləri, olanları yada salanda özümüz qarşısında hesabat veririk. Ömür var ki, müxtəsər cümləyə bənzəyir, doğuldu, mənasız yaşayıb dünyasını dəyişdi. Ömür də var ki, əməllərinin sayına, qəhrəmanlığına, uğurlarının çeşidinə görə tabesiz mürəkkəb cümlə kimi insanlarda maraq doğurur, xatirələrdə yaşayır. Vətəni yaşadan da, qoruyan da vətən övladlarıdır. Bu xalqın Vətən, torpaq bir də ailə namusu var. İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə bir daha göstərdi ki, Azərbaycan yenilməz güclü ordusuyla, məğrur, cəsur igidləri ilə tanınan bir ölkədir.

Tarixdən silinməz böyük adın var,
Min bir gözəlliyin, xoş muradın var,
Cəsur igidlərin, qol-qanadın var.
Qəhrəmanlar yurdusan, Azərbaycan!

44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan əsgəri torpağı üçün vuruşmağa, ölməyə hazır olduğunu bir daha nümayiş etdirdi və bu,dünyaya bir mesaj idi. Uzun müddət işğalda olan ulu torpaqlarımız yağı düşməndən azad edildi. Vətən müharibəsi xalqımızın ən yeni, şərəf müjdəli Zəfər tarixidir. Xalqımıza ən böyük müjdə isə Qarabağın döyünən ürəyi olan Şuşanın doğma sahibinə geri qaytarılması oldu. Bu günü bizə yaşadan Vətənimizin mərd oğulları öz qanları, canları hesabına Zəfər tarixinin ən yüksək pilləsində olaraq şəhadətə yüksəldilər. Xalqın milli qürurunu və şərəfini qorumaqla 30 illik torpaq, yurd həsrətinə son qoydular. Azərbaycan xalqının mübarizlik simvoluna çevrilən 44 günlük Vətən müharibəsi xalqımızın məğrurluğunu, ordumuzun yenilməzliyini, həmrəyliyimizi bütün dünyayabir daha nümayiş etdirdi. Qazanılan Zəfər ümidlə bəslənən xəyalın nəticəsidir. Vətən torpağının hər bir zərrəsi üçün canından keçən bütün şəhidlərimizi Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik.

Siz torpaq uğrunda ölənlərsiniz,

Müqəddəs bir arzu, amal yolunda

Xalqın göz yaşını silənlərsiniz

Cavanlı, qocalı “Qarabağ” deyə
Siz torpaq uğrunda ölənlərsiniz !

Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə, torpağına sahib çıxan xalq məğlubedilməzdir. Bütün dünya bir daha bu reallığı qəbul etdi ki, Qarabağ Azərbaycandır!

Qanlı savaşlardan çıxıb üzü ağ,
Azad Qarabağdan verdilər soraq,
Oldular baş üstə üçrəngli bayraq
Düşmən qarşısında “çəpər oğullar”

Ümumiyyətlə, türk millətinin Vətən, torpaq, millət anlayışı çox güclüdür. Yurd üçün qan tökür, şəhid oluruq. Bir millət ki, şəhidliyi ən yüksək mərtəbə hesab edir, ondan cəsarətli, möhtəşəm millət yoxdur. Qarabağ Zəfəri bu millətin küllərindən alovlanıb yenidən doğulmasına səbəb oldu. Canını, qanını bu torpağa fəda edən şəhidlərin qəhrəman ruhlarının hakim olduğu səmalarda Azərbaycanın üçrəngli bayrağı həmişə qürurla dalğalanacaq.

Qərənfil ƏLİYEVA

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728