13:00 - Rusiya XİN başçısı: “Azərbaycan öz ərazilərini geri qaytarıb”
12:37 - Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
Heyvandarlıqla məşğul olan ailə təsərrüfatçıları ilə görüş
Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Şıxmahmud kəndində sahibkar Süleyman Yusifovun heyvandarlıq fermasında ailə təsərrüfatçılarının iştirakı ilə maarifləndirici görüş keçirib. Görüşdə pasterellyoz xəstəliyi və ona qarşı aparılan profilaktik peyvəndləmənin əhəmiyyətindən bəhs olunub, lazımi tövsiyələr verilib.
Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Həsənov bildirib ki, heyvandarlıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindən birini təşkil edir. Hazırda fərdi təsərrüfatda 16 min 500 qaramal, 160 min 250 xırdabuynuzlu, 350 mindən çox ev quşu və 15 minə yaxın arı ailəsi bəslənilir. İlin əvvəlindən kənd təsərrüfatı heyvanlarının sağlamlığını qorumaq və keyfiyyətli məhsul istehsal etmək məqsədilə nəzərdə tutulan profilaktiki tədbirlər qrafik əsasında həyata keçirilir. Epizootik tədbirlər planına uyğun olaraq artıq Babək rayonunda pasterellyoz xəstəliyinə qarşı peyvəndləməyə başlanılıb. Bu məqsədlə baytarlıq məntəqələri vaksinlərlə təmin edilib, bu tədbiri aparan texniklər məlumatlandırılıb. Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Fariz Şıxəliyev diqqətə çatdırıb ki, heyvandarlığa iqtisadi zərər vuran yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin vaxtında və düzgün aparılması vacibdir. Pasterellyoz xəstəliyi də kənd təsərrüfatı heyvanlarının itigedişli yoluxucu xəstəliyidir. Odur ki, bu xəstəliyə qarşı vaxtında qabaqlayıcı tədbirlər görülməlidir. Belə tədbirlərin ən əhəmiyyətlisi peyvəndləmənin aparılmasıdır. Peyvənd olunan heyvanlarda pasterellyoza qarşı immunitet yaranır, heyvanlar bu xəstəliyə yoluxmur, onlardan alınan məhsul isə sağlam qida hesab olunur. Mütəxəssislər ailə təsərrüfatçılarını maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim olunub. Sonra sahibkarın təsərrüfatındakı iribuynuzlu heyvanlar pasterellyoz xəstəliyinə qarşı peyvənd edilib.
Məhəmməd FƏRƏCOV