11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
09:35 - Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
09:29 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2023)
Yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları
Yaşayış evlərində və həyatyanı tikililərdə yanğın hadisələrinin baş verməməsi məqsədi ilə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
olunması tövsiyə edilir:
-azyaşlı uşaqları evdə nəzarətsiz qoyub mənzili tərk etmək olmaz. Uşaqların odla oynaması nəticəsində yanğın və bədbəxt hadisə baş verə bilər;
-kənd yaşayış məntəqələrində binaların dam və eyvanlarına, eləcə də yaxınlığına quru ot, saman yığmaq təhlükəlidir;
-qaz qurğularından istifadə edilən yerlərdə havalandırma üçün nəfəslik olmalıdır;
-qaz cihazları quraşdırılan zaman qaz xətti şəbəkədən ayrılmalıdır;
-rezin borularla qaz xəttinin çəkilməsi qadağandır;
-qaz iyi hiss etdikdə dərhal qaz cihazlarını bağlamalı, evin havasını dəyişmək üçün pəncərələri açmalı, açıq od mənbəyi yaradılmamalı, siqaret çəkilməməli, evin zəngini elektrik şəbəkəsindən ayırmalı, elektrik cihazları və lampaları şəbəkəyə qoşulmamalıdır;
-azyaşlı uşaqların qaz cihazlarından istifadə etməsi qəti qadağandır;
-nasaz və standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək yanğına və partlayışa, uçqunlara səbəb ola bilər;
-işlək vəziyyətdə olan qaz sobalarını və cihazlarını nəzarətsiz qoymaq olmaz;
-elektrik xətlərini çardaqların altından, yaşayış və digər təsərrüfat binalarının üzərindən çəkməməli;
-elektrik enerjisindən qarmaq vasitəsilə deyil, elektrik açarlar quraşdırmaqla istifadə etməli;
-qızdırıcı cihazların alt hissəsi yanmayan altlıqla təmin edilməli;
-mənzilləri tərk edərkən və yatmazdan əvvəl elektrik cihazlarını elektrik dövriyyəsindən ayırmalı;
-elektrik gücləndiricilərini və elektrik cihazlarını nəzarətsiz qoymamalı;
-qeyri-standart elektrik qızdırıcı cihazlarından istifadə etməməli;
-ot-saman tayalarını evdən, digər yardımçı tikililərdən, yollardan və elektrik xətlərindən ən azı 20 metr aralı məsafədə yerləşdirmək lazımdır;
-yanğınların baş verməməsi üçün ot-saman tayalarının ətrafı çəpərlənməli və azyaşlı uşaqların ora daxil olmasının qarşısı alınmalıdır.
Yanğın baş verərsə, dərhal aşağıda qeyd olunan telefonlara zəng edərək yanğından mühafizə şöbəsinə yanğının dəqiq ünvanını göstərməklə məlumat
verilməlidir: Ev telefonlarından: 548-00-60 və ya 101; mobil telefonlardan (kontur sərf etmədən) 101 nömrəsiniyığmaq lazımdır. Yanğınsöndürmə bölmələri gələnə qədər insanların köçürülməsi, mövcud vasitələrlə yanğının söndürülməsi və yanğınsöndürmə avtomobillərinin maneəsiz hadisə yerinə daxil olmasına şərait yaradılmalıdır.
Natiq HÜSEYNLİ
Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin DYNB-nin rəisi,dахili хidmət mayoru