SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahil Babayev pensiya yaşı ilə bağlı iddialara münasibət bildirib

Sahil Babayev pensiya yaşı ilə bağlı iddialara münasibət bildirib
25-11-2022, 13:51

“Bu gün ölkədə 65 yaşa çatanların 60 fazi pensiya, digərləri sosial müavinət alanlardır. Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun ilər boyu sosial siğorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz:

"Biz o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq".

Nazir eyni zamanda ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib:

“Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 faiz pensiyaçı 12 ildən çox alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031