SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb - FOTO

Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb - FOTO
25-11-2022, 09:00

Qədim oğuz yurdu, qeyrət qalası Sədərək həm də qəhrəman övladları ilə öyünür. Bu yurdun vətənpərvər övladları tarixi torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında fədakarlıq göstərib, ötən əsrin 90-cı illərində Sədərəyə dəfələrlə hücum edən düşmənə sinəsini sipər edib, şəhidlər verib, doğma yurdu qoruyublar.

Sədərək kəndində yerləşən Şəhidlər xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində, həmçinin Ermənistanın  Sədərək rayonuna təcavüzü nəticəsində həlak olan 18 şəhidin xatirəsi əbədiləşdirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu il Şəhidlər xiyabanında aparılan əsaslı təmir-tikinti işləri artıq yekunlaşıb, ətrafda abadlıq işləri görülüb. Xiyabanda yerləşən Abidə Kompleksi və onun  ətrafı abadlaşdırılıb.

Xiyabandakı qəhrəman şəhidlərimizin məzarları qara mərmərlə üzlənib, əraziyə döşəmə daşlar düzülüb, ətrafa gülkarlıq salınıb. Həmçinin Şəhidlər xiyabanında uyuyan qardaş Türkiyənin şəhidi Əli Çavuşun məzarüstü abidəsi də təmir olunub.

Xiyabandakı Xatirə muzeyində də əsaslı təmir işləri görülüb.

Aparılan təmir-bərpa işləri çərçivəsində Şəhidlər xiyabanının ətrafı çəpərlənib, əraziyə gül kolları, həmişəyaşıl və digər ağaclar əkilib, müxtəlif işıqlandırma sistemləri quraşdırılıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Kasım 2022    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930