SON DƏQİQƏ

naxcivanxeberleri.com

Regional Azərbaycan Çempionatı layihəsinin seçim turlarına yekun vurulub-FOTO

Regional Azərbaycan Çempionatı layihəsinin seçim turlarına yekun vurulub-FOTO
24-11-2022, 16:18

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və Basqal Hotelin birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin seçim turlarına yekun vurulub.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hislərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.
Seçim turları Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay və Qobustan şəhərlərinin gəncləri arasında təşkil edilib. Ümumilikdə 50-dən artıq komanda finala vəsiqə uğrunda gərgin mübarizə aparıb. Şamaxının 3, İsmayıllının 4, Qəbələnin 3, Göyçayın 3 və Qobustan şəhərinin 1 komandası finala vəsiqəni təmin edib. Qeyd edək ki, final mərhələsinə digər regionların komandaları da qatılacaqdır.
Layihənin final oyunu dekabr ayının 7-si saat 10:00-da İsmayıllı rayonunda Basqal Hoteldə keçiriləcəkdir. Qaliblər kubok, medal, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031